Ozan Can Kökçü yeni klubunda debüt etdi

“Sabah”dan “Telstar”a keçən Ozan Can Kökçü yeni klubunda debüt edib.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turu çərçivəsində “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə iştirak edib.

Ozan, 67-ci dəqiqədə İlias Bronxorstun yerinə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.

Ozan mövsümün sonuna qədər icarə əsasında “Telstar”da çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button