“Sabah”da yeni hücumçu

“Sabah” nigeriyalı futbolçu Oluvaseun Timilehini icarəyə götürüb.

Komanda.az xəbər verir ki, 18 yaşlı hücumçu ölkəsinin “Dino Sportinq” klubundan birillik icarəyə götürülüb.

Timilehin əsasən “Sabah”ın əvəzedi komandasında çıxış edəcək. O, artıq bu komandada debüt edib. Ötən gün “Sumqayıt”ın əvəzediciləri ilə səfər görüşündə meydana çıxan Timilehin dubla da imza atıb və komandasının 5:2 hesablı qələbəsində pay sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button