“Qarabağ”dan darmadağın, “Qəbələ”dən gözlənilməz məğlubiyyət

Dünən Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçı Şamaxıda keçirilib. “Keşlə” adını “Şamaxı”ya dəyişəndən sonra Premyer Liqada ilk oyununa bu gün çıxıb. Şamaxıdakı qarşılaşmada eyniadlı komandanın rəqibi “Neftçi” olub. Oyun Bakı komandasının qələbəsi ilə başa çatıb. Bununla da, “Şamaxı” bu ad altında ilk matçından məğlub ayrılıb.

Günün ikinci matçında isə avrokuboklara can atan “Sabah” “Zirə” ilə üz-üzə gəlib. Avrokubok şansının davam etməsi üçün “Sabah”a mütləq qələbə lazım idi. Dprd qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

Lider “Qarabağ” meydana bu gün çıxıb. Qurban Qurbanovun komandası Sumqayıta səfər edib. Yaxşı günlərini yaşamayan “Sumqayıt”ın “Qarabağ” qarşısında nə edəcəyi də az maraq doğurmurdu. Ağdam təmsilçisi səfərdə darmadağına sevinib.

Turun son oyununda “Qəbələ” autsayder “Səbail”in qonağı olub. Əyalət təmsilçisi bu oyunda gözlənilməz darmadağınla üzləşib.

Azərbaycan Premyer Liqası, 22-ci tur

9 aprel

Şamaxı – Neftçi 1:2
Qol:
Rəhman Hacıyev, 10 – Tiaqo Bezerra, 60. Ramon Maçado, 72.
Şamaxı şəhər stadionu. Saat 14:00
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 77. Merab Qiqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 22. Elçin Mustafayev, 13. Pərviz Azadov, 88. Fuad Bayramov, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov

Sabah – Zirə 3:1
Qol: Z.Oçiqava, 40. C.L.Mikels, 58. X.S.Rodriqes, 90+5 – H.Keyta, 48.
Bank Respublika Arena. Saat 17:00
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev

Zirə: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov

10 aprel

Sumqayıt – Qarabağ 0:3
Qol: K.Borges, 16. M.Veşoviç, 67. L.Andrade, 69.
Sumqayıt şəhər stadionu. Saat 18:30
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev

Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev.
Baş məşqçi: Aleksey Baqa.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail – Qəbələ 3:0
Qol: A.Nağıyev, 41. N.Raysel, 67. İ.Aslanlı, 73.
ASCO Arena. Saat 20:30
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Səbail: 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 24. Patrik Robson, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button