“Sabah” yeni müdafiəçisini təqdim etdi – Rəsmi

“Sabah” yeni müdafiəçisi Stiv Solveti rəsmən təqdim edib.

Komanda.az xəbər verir ki, 29 yaşlı Quadelupa millisinin futbolçusu klubun yay mövsümündə ikinci yeni futbolçusu olub.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Daha əvvəl “Sabah” əlcəzairli müdafiəçi Akim Zedadka ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button