“Sabah” Ukrayna komandası ilə üz-üzə gələcək

Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama matçını keçirəcək.

Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi “Polissya” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

“Sabah” toplanış çərçivəsində daha əvvəl “Universitatya” (Rumıniya) və “Ferentsvaroş”la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button