“Sabah” “Zirə”ni son dəqiqə qolu ilə məğlub etdi

Koronavirus səbəbiylə dayandırılan Azərbaycan Premyer Liqasının bərpası üçün hazırlıqlarını davam etdirən “Zirə” bu gün növbəti dəfə yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, qəsəbə təmsilçisi “Sabah”la qarşılaşıb. “Bank Respublika Arena” da baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

“Zirə” keçirdiyi ilk yoxlama oyununda “Səbail”lə 2:2 hesablı bərabərliyə razılaşıb, “Sabah” isə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olub.

Yoxlama oyunu

13 iyun

Sabah – Zirə 1:0
Qol
: Ceyhun Nuriyev, 90.
Masazır. Banka Respublika Arena.

Sabah: Saşa Stamenkoviç, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Filip İvanoviç, Təmkin Xəlilzadə, Mario Marina, Yevgeni Koçuk, Rəşad Eyubov, Ozan Can Kökçü, Ramil Şeydayev, Xulio Rodriqes.

Zirə: Emil Balayev, Alie Sesay, Elvin Camalov, Alvaro Ampuero, Ağabala Ramazanov, Davit Volkov, Bəxtiyar Həsənalızadə, George Anton, Riçard Qadze, Şafik Tiqrudca (k), Rauf Hüseynli.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button