“Sabah” Mbinanın transfer hüquqlarını əldə edib

“Sabah” klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

Bu barədə Komanda.az-a Masazır təmsilçisindən məlumat verilib.

25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Mbina bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button