“Sabah” layiqli qələbə qazandı” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Azərbaycan Premyer Liqasınım 28-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyət haqda bunu deyib:

“Sabah”ı təbrik edirəm. Yaxşı oyun göstərdilər, onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, yaxşı ab-hava yaratdılar.

Daha yaxşı oynamalı idik, lakin bacarmadıq. “Sabah” layiqli qalibiyyət əldə etdi. Qarşıda çox sıx qrafik var. Oyun nizam-intizamını qaytarmalıyıq. Çatışmazlıqlar var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Çempionlar Liqasından sonra toparlana bilmədik. Buna da bəzi səbəblər var. Daha çox komanda olaraq bir yerdə məşq etməyimizə ehtiyyac var idi. Öz oyunumuzu qoruyub saxlaya bilmədik. Komandada ümumi həm fiziki, həm psixoloji yorğunluq var”.

Məşqçi Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsiylə bağlı suala da cavab verib:

“Bağışlaya-bağışlaya gəlmişik. Özümüz də futbolçu olmuşuq və səhvlər etmişik. Nəticə çıxarmışıq. Bu cür oyunçular qarşıdakı rəqiblərlə oyunun təzyiqi altına girmirlər, məğlubiyyət ehtimalını düşünmürlər. Hər şey qarşıda bəlli olacaq, lakin çox oyunçunu bağışlamışıq.

İstənilən futbolçunun yanındayam. Həmişə hər bir futbolçunun inkşafını, gələcəyini düşünmüşəm. Bir məşqçi olaraq bunu səbəb kimi göstərmirəm, lakin hər bir oyunçunun müəyyən yaş müddəti olur. Nə qədər yaxşı performans göstərsən də, bir oyun sənin nəticənə təsir göstərə bilər. Digər klublar məni səhv başa düşməsin, başqa ad altında bunu, bəlkə, bağışlamaq olar. Lakin bu “Qarabağ” adıdır. Bu klubdaxili problemdir. Amma yenə də harada olursa olsun, bu futboldur və stabillik olmalıdır. Futbolçularıma həmişə deyirəm ki, yola vermək olmaz. Bəlkə də oyunçuların yaşam tərzini daha da yaxından incələməliyəm”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button