Honduras millisinin üzvü “Sabah”da

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Honduras millisinin hücumçusu Rojer Roxasla razılaşıb. 29 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanacaq.

Rojer karyerası ərzində Paraqvayın “Olimpia”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq” və Meksikanın “Nekaksa” klublarında da çıxış edib. Onun son iş yeri Kosta-Rika təmsilçisi “Alaxuelense” olub. Rojer, 28 dəfə formasını geyindiyi Honduras millisində isə 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button