
Elmar Baxşıyev: “İnanmıram “Sabah” zirvəni əldən versin”
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar “Baxşıyev “Qarabağ”la “Sabah” arasındakı çempionluq mübarizəsini dəyərləndirib.
Baxşıyev Komanda.az-a açıqlamasında “Sabah”ın zirvəni əldən verəcəyinə inanmadığını deyib:
“Qarabağ” illərdir ölkənin ən güclüsüdür, hər il avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. Hazırda “Sabah” liderdir, xal fərqi də kifayət qədərdir. İnanmıram onlar zirvəni əldən versinlər”.
Baxşıyev “ölkə kubokunda kimin daha şanslı olması” sualına belə cavab verib:
“Ölkə kubokunda da maraqlı oyunlar olacaq. “Sabah” çalışacaq ki, kuboku da qazansın. Ancaq “Qarabağ” da Avropa Liqasında oynamaq üçün kuboka sahib çıxmalıdır. Digər cütlük – “Turan Tovuz” – “Zirə” oyunu da gərgin keçəcək. Futbol proqnozları sevmir. Necə deyərlər, top yumru, meydan düzdür”.
“Sabah” Azərbaycan Premyer Liqasının cari mövsümündə sona beş tur qalmış topladığı 69 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki “Qarabağ”ın 56 xalı var. Azərbaycan kubokunda da mübarizəni davam etdirən “Sabah”la “Qarabağ” yarımfinalın cavab matçında sabah üz-üzə gələcək. İlk oyun 2:2 hesabı ilə başa çatıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



