“Sabah” çempionluğu necə qeyd edəcək? – Açıqlama

Azərbaycan futbolunda dünən yeni tarix yazıldı, “Sabah” ilk dəfə ölkə çempionu oldu. “Qarabağ”ın Premyer Liqanın 21-ci turundan təxirə salınmış oyunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olması çempionluq yarışına vaxtından əvvəl nöqtə qoydu. Bununla da, “bayquşlar” mövsümün bitməsinə 4 tur qalmış ən yaxın izləyicisini 13 xal qabaqlayaraq, qızıl medalları rəsmiləşdirdi.

Bəs görəsən, tarixində ilk dəfə ölkə çempionluğunu qazanan “Sabah” bu uğuru necə qeyd edəcək? Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında bunu dedi:

“Növbəti oyun üçün müəyyən planlar var, sadəcə hələ dəiqləşməyib. Müzakirə mərhələsindədir”.

“Sabah” Premyer Liqanın növbəti turunda, mayın 3-də “Şamaxı”nın qonağı olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button