“Sabah” Bolqarıstandakı son sınağından da məğlub ayrıldı

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “Sabah” Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Sabah”ın yeganə qolunu Bəxtiyar Həsənalızadə vurub.

İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” daha öncə hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşımışdı.

“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-də bitəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button