“Sabah” “Beşiktaş”la hansı stadionda oynayacaq? – AÇIQLAMA

“Qalatasaray”dan sonra Türkiyənin digər Super Liqa təmsilçisi “Beşiktaş” da Azərbaycana səfər edəcək.

“Qara qartallar” Bakıda “Sabah”la yoldaşlıq oyunu keçirəcək. Lakin görüşün hansı stadionda keçiriləcəyi hazırda məlum deyil.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az saytına verdiyi açıqlamada matçın hansı stadionda keçiriləcəyinin dəqiqləşmədiyini bildirib:

“Bəli, “Beşiktaş”la danışıqlar davam edir. Matçın gələn ay keçirilməsi planlaşdırılır. Oyunun hansı stadionda keçiriləcəyi hələ ki, dəqiqləşməyib”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button