“Sabah” – “Beşiktaş” matçının biletlərinin satışa çıxma vaxtı və qiymətləri haqda AÇIQLAMA

“Sabah” mayın 13-də Türkiyənin “Beşiktaş” komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında oyunun biletlərinin bu gün axşam saatlarında satışa çıxarılacağını bildirib.

Klub rəsmisi biletlərin qiymətinin 5 manatdan başlayacağını deyib.

Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button