“Sabah” 9 qola sevindi

Premyer Liqa təmsilçisi “Sabah” yoxlama oyununda 1-ci Liqada çıxış edən “Mingəçevir”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

“Bayquşlar”ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Rahmonaliyev (pen.), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısına vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button