“Səudiyyə Ərəbistanına məğlubiyyət bizi yerə sərdi” – Messi

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının qalibi olmaları haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Qətərə gələn andan iddialı olduqlarını bildirib:

“Qətərə gəldiyimiz andan biz çempionluğa iddialı olduğumuzu bilirdik. Bu haqda ictimaiyyətə danışmaq istəməzdik, amma komanda daxilində buna inanırdıq. Səudiyyə Ərəbistanına məğlubiyyət bizi yerə sərdi. Çempionatın keçirilmə üsuluna görə istənilən rəqib çətin idi.

Niderland, Braziliya və ya başqa yüksək səviyyəli komandalar olanda, əlbəttə ki, problemlər daha çox olur. Amma Avstraliya da yaxşı rəqibdir. Ümumilikdə Argentina millisi həmişə favorit olub”.

Argentina millisi finalda Fransanı penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt – 3:3) hesabı ilə məğlub edərək, DÇ-2022-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button