Ərəblər DÇ-2034 üçün rəsmi müraciət etdilər

Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya rəsmi ərizə təqdim edib.

Komanda.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bəyanat yayıb:

“Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək niyyəti tarixidir və ölkənin bütün səviyyələrdə yeni futbol imkanları açmaq öhdəliyini, dünyanın bütün guşələrində oyunun inkişafına dəstək vermək öhdəliyini əks etdirir”.

Turnirin ev sahibləri FİFA-nın ayrıca qurultayında təsdiqlənəcək. Bütün qitələrdən FİFA-ya üzv olan 70-dən çox assosiasiya Səudiyyə Ərəbistanını dəstəklədiyini açıq şəkildə bəyan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button