
“Şəki”nin kapitanı Basketbol Liqasının B qrupu üzrə ən dəyərli oyunçu seçilib
“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə ən dəyərli oyunçu (MVP) seçilib.
Komanda.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyası “Gəncə” ilə pley-off matçından öncə amerikalı oyunçunu mükafatlandırıb.
Roti Veyr 15-ci (“Lənkəran”la oyun – 33 xal), 16-cı (“Ordu” ilə matç – 33 xal) və 20-ci turda (“Lənkəran”la görüş – 23 xal) da ən yaxşı basketbolçu adına layiq görülmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



