“Səbail”in futbolçusu Giqqzlə görüşdü FOTO

“Səbail”in futbolçusu Maykl Essyen Bakıda səfərdə olan Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi özünün “instagram” səhifəsində paylaşım edib. Giqqzlə şəklini paylaşan Essyen, “səninlə yenidən görüşmək əla oldu” deyə, yazıb.

Giqqz AÇ-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button