“Səbail”in futbolçusu 200-ə çatdı

Azərbaycan Premyer Liqasının 3-cü turu “Səbail”in futbolçusu Urfan Abbasov üçün əlamətdar olub.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, meydana kapitan kimi çıxan müdafiəçi ölkə çempionatında 200-cü matçını keçirib. Yubiley “Sumqayıt”la səfər görüşünə (1:2) təsadüf edib. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Urfan indiyədək “Qəbələ” və “Səbail”in heyətində forma geyinib. O, 200 oyunda 3 qol vurub.

Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 132-ci futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button