“Səbail”də daha dörd yeni müqavilə

“Səbail”də daha dörd futbolçu ilə yeni müqavilə imzalanıb.

Komanda.az xəbər verir ki, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovun müqaviləsinin müddəti 2020/21 mövsümünün sonunadək uzadılıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

“Səbail” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Adil Nağıyev, Peyman Keşavarz və Elçin Rəhimli ilə də müqavilə yenilənmişdi. Paytaxt klubu “Sabah”dan ayrılan Məqsəd İsayevi də transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button