“Səbail” ukraynalı futbolçu ilə müqavilə bağladı

“Səbail” Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qəbələ” ilə ev oyununda uzun müddətə sıradan çıxan qapıçısı Aleksandr Rıbka ilə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, artıq Premyer Liqanın bürünc mükafatçısı kimi Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazanan paytaxt klubu yeni qapıçı axtarışına çıxsa da, ukraynalı qolkiperi də heyətdə saxlayacaq.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, “dənizçilər”lə 32 yaşlı qapıçı arasında yeni 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ukrayna millisinin sabiq qapıçısı “Səbail”də bu ilin yanvar ayından forma geyinməyə başlayıb. O, son olaraq Türkiyənin “Afyonspor” klubunda çıxış edib. 32 yaşlı qolkiper karyerası ərzində ölkəsinin “Dinamo” (Kiyev) və “Şaxtyor”(Donetsk) komandalarının da formasını geyinib. Rıbka Ukrayna millisinin də həyətində iki oyunda meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button