“Səbail” daha iki futbolçu ilə müqavilə yenilədi

“Səbail” daha iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu qapıçı Aleksadr Rıbka və hücumçu Ağabala Ramazanovla müqavilənin yeniləndiyini açıqlayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki futbolçu ilə 2 illik yeni anlaşma imzalanıb.

Daha öncə Rahid Əmirquliyevlə yeni 1 illik müqaviləyə imza atıldığı açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button