“Səbail”in yubiley qələbəsi

“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, yubiley 9-cu turun “Sumqayıt”la matçına (2:1) təsadüf edib. 2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda “25”ə çatıb. Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. “Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib.

Paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button