
“Şəfa”da fransalı futbolçu – Rəsmi
“Şəfa” daha bir futbolçu transferini gerçəkləşdirib.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Yarımmüdafiəçi Musa Quelini heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Queli son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



