“Yuventus” kanadalı hücumçunu satmağı düşünür

“Yuventus”un hücumçusu Conatan David klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı futbolçu yayda Turin təmsilçisindən ayrılmağı düşünür.

“Yuventus” rəhbərliyi və komandanın baş məşqçisi Luçano Spaletti Davidin oyunundan narazıdır və buna görə də, onu satmaq ehtimalına açıqdır.

26 yaşlı forvard 2025-ci ildə “Lill”dən “Yuventus”a azad agent kimi qoşulub. Onun müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir. O, bu mövsüm Turin klubunda bütün yarışlarda 36 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button