Rüstəm Qasımov dünya 3-cüsü oldu!

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. O, 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək, bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov, yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button