Ruslarla oynamaqdan imtina etdilər

Danimarkanın “Vayle” klubu Rusiyanın ÇSKA komandası ilə yoldaşlıq oyunundan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kluba təzyiqlər edilib və siyasi səbəblərdən belə bir qərar qəbul etməyə məcbur olublar.

Bundan əvvəl Bolqarıstan “Levski”si azarkeşlərin təzyiqinə görə Rusiyanın “Ural” və “Spartak” klubları ilə yoxlama oyunlarından imtina etmişdi.

ÇSKA Türkiyədə təlim-məşq toplanışı çərçivəsində fevralın 4-də “Vayle” ilə oynamalı idi.

Rusiya qoşunları ötən il fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button