“Spartak”ın yeni baş məşqçisi bilindi

Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisinin “sükan”ı Paolo Vanoliyə tapşırılacaq. Bu barədə “Sport Express” nəşri məlumat yayıb.

İtalyan mütəxəssis Rusiya klubu ilə danışıqları davam etdirmək üçün Moskvaya gəlib. Tərəflər arasında yaxın zamanda rəsmi müqavilə imzalanacağı bildirilib.

“Spartak” dünən baş məşqçi Ruy Vitoriya ilə yollarını ayırdığını açıqlayıb.

Vanoli son olaraq İtaliyanın “İnter” klubunda məşqçi kimi çalışıb. O, daha əvvəl İtaliya yığmasında və “Çelsi”də də məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button