Mozes daha 2 il Moskva klubunda

Rusiyanın “Spartak” klubunun futbolçusu Viktor Mozeslə müqavilənin müddəti artırılıb.

Komanda.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin yayından “Spartak”da çıxış edən Mozes Moskva klubunda ümumilikdə 42 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button