“Qəbələ”nin sabiq baş məşqçisi mükafatlandırıldı

Rusiyanın “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, 72 yaşlı mütəxəssis “Aleksandr Nevski” ordeni ilə təltif olunub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Aleksandr Nevski” ordeni müxtəlif fəaliyyət sahələrində göstərilən xüsusi xidmətlərə görə verilir.

Syomin 2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub. Onun rəhbərlik etdiyi “Qəbələ” Azərbaycan Premyer Liqasını 3-cü sırada tamamlayıb, ölkə kubokunun isə finalçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button