“Rusiyanın bir sıra klubları mənə maraq göstərir” – Adiyev

Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev Rusiya Premyer Liqası klublarının ona olan marağından danışıb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, millidə qalıb-qalmayacağı sualını da cavablandırıb:

“Dəqiq bir şey yoxdur, hər şey mümkündür. Təbii ki, mən böyük çağırışlar istəyirəm, onlara hazıram. Bəzi klublardan mənə maraq var. Bəlkə, klub işinə qayıdacam. Hələ vaxtım var.

Klubların adını çəkmək istəməzdim. Amma deyə bilərəm ki, Rusiyanın bir sıra klubları mənə maraq göstərir”.

Adiyevin baş məşqçisi olduğu Qazaxıstan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparıb. Qazaxlar qrup mərhələsini 13 xalla 1-ci, Azərbaycan yığması isə 10 xalla 2-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button