Rusiyalı futbolçu Super Liqa klubunda

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiya millisinin sabiq üzvü Fyodr Kudryaşovla güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 33 yaşlı müdafiəçi yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.

Karyerası ərzində “Spartak”, “Krasnodar”, “Rostov”, “Rubin” kimi klublarda forma geyinən Kudryaşov Türkiyədə daha öncə “Başakşəhər”in uğurları üçün çalışıb. İstanbul klubuna 2019-cu ilin fevral ayında transfer olunan futbolçu yayda bu komandanı tərk edərək ölkəsinin “Soçi” klubuna üz tutmuşdu.

Kudryaşov Rusiya millisində 35 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button