Rusiya və Belarus idmançıları cüdo yarışlarından imtina etdilər

Rusiya və Belarus cüdoçuları Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında keçirilən yarışlarda çıxışlarını dayandırıb. 

Komanda.az xəbər verir ki, bu barədə hər iki ölkənin federasiyasının rəsmi saytı məlumat yayıb. Onlar ölkədən çıxışın çətinliyi və idmançıların təhlükəsizliyi ilə əlaqədar belə qərar verdiklərini bildiriblər. 

​Daha əvvəl IJF Rusiya və Belarusda keçirilən beynəlxalq yarışları ləğv edib, həmçinin Rusiya prezidenti Vladimir Putinin qurumun fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb. Bundan başqa, Rusiya və Belarus cüdoçularının beynəlxalq turnirlərdə neytral statusda çıxış etməsinə qərar verilib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button