
Berdıyev: “Rusiya çempionatının səviyyəsi aşağı düşüb”
Vaxtilə “Rubin”i və “Rostov”u çalışdırmış, hazırda isə “Turan Tuvuz”un baş məşqçisi olan Kurban Berdıyev Rusiya Premyer Liqasını izləmədiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, türkmənstanlı mütəxəssis bu barədə “Cappuccino&Catenaccio Show”un “YouTube” kanalında danışıb:
“Rusiya çempionatına ümumiyyətlə baxmıram. Səviyyə aşağı düşüb”.
Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” Azərbaycan Premyer Liqasında mövsümü turnir cədvəlinin 3-cü pilləsində başa vuraraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



