
Runidən “Arsenal”a xəbərdarlıq
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, aprelin 19-da İngiltərə Premyer Liqasının 33-cü turunda keçiriləcək “Mançester Siti” – “Arsenal” oyunu barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Runi, qarşılaşma öncəsi psixoloji üstünlüyün “Mançester Siti” tərəfdə olduğunu bildirib:
“Düşünürəm ki, “Mançester Siti” baş məşqçisi (Pep Qvardiola) və futbolçularının təcrübəsi sayəsində psixoloji üstünlüyə malik olacaq. Onlar “Arsenal”ın oyunçularından bir qədər daha sakit çıxış edəcəklər.
“Topçular”ın futbolçuları isə təzyiq altında olacaq, çünki məğlub olanda “növbəti qol nə vaxt gələcək?” kimi düşüncələr yaranır. Bu mənfi psixologiya oyuna təsir edir. Mikel Artetanın komandası təzyiqə tab gətirməli, xətlər arasında boşluq buraxmamalı və əks-hücumlara çıxmağa çalışmalıdır. Azarkeşlərə xoş gəlsə də, gəlməsə də, onlar “şəhərlilər”in qələbəsinə mane olmaq üçün hər şeyi etməlidirlər. Pep Qvardiolanın yetirmələrinin qol vurmasına imkan verməyəcək qədər möhkəm olmalıdırlar”.
“Arsenal” hazırda 70 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. “Manşester Siti” isə 64 xalla ikincidir.
Bizi Facebook-da izləyin



