“Real” Premyer Liqada üçüncü və ya dördüncü yerdə qararlaşardı”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, “Real” Premyer Liqada oynasaydı, hansı nəticəni göstərə biləcəyi haqda suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Madrid klubunun Premyer Liqada daha çətin təqvimlə üzləşə biləcəyini düşünür:

“Real” İngiltərə Premyer Liqasında hansı yeri tutardı? Premyer Liqada onların təqvimi La Liqa ilə müqayisədə daha ağır olardı. Düşünürəm ki, madridlilər ilk dördlükdə – üçüncü və ya dördüncü yerdə qərarlaşardılar. Səfər oyunlarında isə problemlərlə qarşılaşardılar”.

“Real” hazırda İspaniya çempionatında 24 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Barselona”nı iki xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button