Sabiq futbolçu “Çelsi”ni “Arsenal”a meydan oxuya biləcək komanda kimi görür

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Çelsi”nin Çempionlar Liqasının 5-ci turunda “Barselona”ya qarşı oyunda (3:0) qələbəsindən təsirlənib.

Komanda.az “BBC Sport“-a istinadən xəbər verir ki, o, indi “zadəganlar”ı Premyer Liqada “Arsenal”ın əsas rəqibi kimi görür:

“Enzo Mareska (baş məşqçi) əla iş gördü. Koul Palmer olmadan belə, sistem mükəmməl işləyir. Özünəinamın artdığını və “Arsenal”a meydan oxuya biləcək bir komanda görürəm”.

“Çelsi” sonuncu dəfə İngiltərə Premyer Liqası çempionluğunu 2017-ci ildə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button