
Runi “Arsenal”ın azarkeşlərini qınadı
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “Arsenal”ın azarkeşləri barədə açıqlama verib.
O, azarkeşlərin komandanı daha güclü şəkildə dəstəkləməli olduqlarını söyləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Arsenal”ın Premyer Liqanın 33-cü turunda “Mançester Siti” ilə keçirdiyi və məğlub olduğu (1:2) oyundan sonra vəziyyətin xüsusilə diqqət çəkdiyini bildirib:
“Arsenal” azarkeşləri daha yaxşı olmalıdır. “Bornmut”a (1:2) qarşı oyunda komandanı fitə basdıqlarını gördüm. Azarkeşlərin fit səsləri oyunçulara mənfi təsir göstərir. Komanda bütün mövsüm əla çıxış edib, amma indi kiçik eniş dövrü yaşayır”.
O, əlavə edib ki, futbolçuların gündəlik əziyyəti nəzərə alınmalıdır və dəstəyin azalması psixoloji təsir yarada bilər:
“Azarkeşlər anlamalıdır ki, onların dəstəyi çox vacibdir. Oyunu uduzanda fit səsləri futbolçulara zərər verir”.
Runi müqayisə apararaq “Mançester Yunayted” azarkeşlərinin daha çox dəstək göstərdiyini də vurğulayıb və “Arsenal”ın çempionluq yolunda fanatların rolunun həlledici ola biləcəyini deyib.
Bizi Facebook-da izləyin



