Runi: “40 futbolçuya ehtiyacımız var”

İngiltərə Çempionşipində mübarizə aparan “Derbi Kaunti”nin baş məşqçisi Ueyn Runi yay transfer dövründə əsas və U-23 komandasına ümumilikdə 40 futbolçu transfer etməli olduqlarını bildirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu mövsüm maliyyə problemləri səbəbindən 21 xalı silinən “Derbi Kaunti” Çempionşipin son turunda səfərdə “Midlsbro”ya 1:4 hesabı ilə uduzub. Bu qələbə ilə “Midlsbro” xalını 49-a yüksəldib, “Derbi Kaunti” isə 18 xalda qalıb.

Runi məğlubiyyətdən sonra maliyyə problemlərindən şikayətlənib:

“Komandanın yeni sahiblərə və onların dəstəyinə ehtiyacı var. Yay transfer müddəti üçün planımız var. Əsas və U-23 komandasına 40 oyunçu transfer etməliyik. Bu, böyük bir işdir. Lionel Messini də istədiyimi deyə bilərəm, amma mənə lazım olan odur ki, kimsə gəlib bizə real büdcə təqdim etsin.”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button