Ronaldonun şəxsi təyyarəsi Madriddə, özü isə…

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi Madriddə görüntülənsə də, futbolçunun özü Səudiyyə Ərəbistanında qalıb.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Portuqaliyalı futbolçu hazırda zədəsini müalicə etdirir və ölkəni tərk etməyib. Təyyarənin Madriddə görünməsi isə ictimaiyyətdə suallar yaradıb.

Narahatlıqlar əsasən Yaxın Şərqdəki siyasi vəziyyətlə bağlıdır. Bildirilir ki, ABŞ-nin müttəfiqi olan Səudiyyə Ərəbistanı regiondakı gərginlik fonunda risk altındadır və İranla bağlı qarşıdurma ehtimalları müzakirə olunur.

41 yaşlı futbolçu 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanında çıxış edir və bu müddətdə ölkədə ciddi əmlak yatırımları da edib. Ümumiyyətlə, onun dünyanın müxtəlif ölkələrində daşınmaz əmlakının olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button