
“Ronaldoda heç vaxt Messinin, Maradonanın dahiliyini görməmişəm”
İtaliyalı mütəxəssis Fabio Kapello “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçu haqqında bunu deyib:
“Kriştiano Ronaldo əla qol vuran və inanılmaz futbolçudur. Amma mən onda heç vaxt Lionel Messi, Maradona və ya Ronaldonun (braziliyalı sabiq hücumçu) dahiliyini görməmişəm”.
Ronaldo 2023-cü ildən bəri Səudiyyə Ərəbistanı klubunda oynayır. O, daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”da forma geyinib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



