Ronaldo xəyallarımı məhv etdi – Kyellini

“Yuventus”un müdafiəçisi Corco Kyellini komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi portuqaliyalı futbolçunun “Real”ın heyətində çıxış edərkən Çempionlar Liqası finallarında onu məyus etdiyini deyib: 

“Ronaldo “Yuventus”a transfer olunmamışdan əvvəl bizə qarşı çox qol vurub. O, mənim Kardiffdəki Çempionlar Liqası xəyallarımı məhv etdi.

Onun şəxsiyyəti fərq yarada bilir. Ronaldonun həm meydanda, həm də meydandan kənarda inanılmaz bacarıqları var. İşə münasibəti, çox çalışması, oyunlara hazırlaşması, hər gün peşəkar şəkildə bunları etməsi və s. Bunlar bizə çox kömək edə bilər. Mən onun idman zalında necə çalışdığına, istədiyi şeylərə necə kökləndiyinə diqqət yetirdim və onu bir nümunə kimi götürdüm. O, mənə hər gün inkişaf etməyimdə kömək edir. İndiyə qədər Çempionlar Liqası bizim üçün bir xəyal idi, indi isə hədəfdir. Çünki Ronaldo dünyanın ən yaxşı futbolçusudur və bizim son bir addım atmağımız lazımdır”.

2017-ci ildə Kardiffdə keçirilən Çempionlar Liqasının finalında “Real” “Yuventus”a 4:1 hesabıyla qalib gəlmişdi. Ronaldo həmin oyunda iki qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button