
DÇ-2026: “Ronaldo və Modriç dünya futbolunun canlı əfsanələridir”
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatının 1/16 finalında Xorvatiya yığması ilə keçiriləcək oyun öncəsi Kriştiano Ronaldo və Luka Modriç barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında hər iki futbolçunun uzun illər yüksək səviyyədə çıxış etməsini xüsusi vurğulayıb:
“Söhbət başqalarının fikirlərindən üstün olan futbolçulardan gedir. Onların futboldakı uzunömürlülüyü onları tamamilə fərqləndirir. Modriç 40 yaşında da yüksək səviyyəli oyun nümayiş etdirir, eyni sözləri kapitanımız Ronaldo haqqında da demək olar. Onlar dünya futbolunun canlı əfsanələridir”.
Portuqaliya – Xorvatiya matçı iyulun 3-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 03:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



