Kroos ərəbləri Ronaldoya hörmətsizlikdə ittiham etdi

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı liqasındakı vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Ronaldo gələnə qədər bu liqanı heç kimin tanımadığını bildirib:

“Səudiyyə Ərəbistan liqası maraqlı bir məkandır. Ronaldo gələnə qədər bu liqanı heç kim tanımırdı, indi isə onlara dünya şöhrəti qazandıran futbolçuya hörmətsizlik edirlər. Açıq deyim: Kriştiano sabah bu liqanı tərk etsə, artıq onu heç kim izləməyəcək”.

Daha əvvəl mətbuatda Ronaldonun Səudiyyə Ərəbistanının investisiya fondunun apardığı siyasətdən narazı olduğu barədə məlumatlar yayılmışdı. Həmin fond “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahiblik edir. Bildirilir ki, portuqaliyalı oyunçu xüsusilə, qış transfer dövründə “Əl-Nəsr”in fəaliyyətindən razı qalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button