Ronaldo Səudiyyə Ərəbistanını təcili tərk etdi

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ailəsi ilə birlikdə xüsusi təyyarə ilə Səudiyyə Ərəbistanından təcili olaraq çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Ronaldonun təyyarəsi “flightradar” üzərindən izlənilib. Təyyarə Madriddə eniş edib.

O, nişanlısı Corcina Rodriges və beş uşağı ilə birlikdə Ər-Riyadda yaşayırdı. Şəhər ötən həftə İran tərəfindən dron hücumlarına məruz qalıb. Ronaldonun ölkədən çıxışına hücumların davam etməsi səbəb ola bilər.

41 yaşlı portuqaliyalı futbolçu cari mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 22 oyunda iştirak edib, 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button