
Tanınmış jurnalist Ronaldonu müdafiə etdi
Tanınmış jurnalist Pirs Morqan hücumçu Kriştiano Ronaldonun “Əl-Nəsr”in oyunlarını boykot etməsi ilə bağlı şərh verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Cəfəngiyat! Ronaldo Səudiyyə Ərəbistanı futbolunda heç kimin edə bilmədiyi inqilabı edib. O, sadəcə hər kəs üçün bərabər oyun meydançası istəyir”.
Portuqaliyalı futbolçu klubun iki oyununu buraxıb: “Ər-Riyad”la oyunda 0:1 və “Əl-İttihad”la matçda 0:2 hesablı məğlubiyyət.
Daha əvvəl Ronaldonun Səudiyyə Ərəbistanı investisiya fondunun siyasətindən və bu qış “Əl-Nəsr”in transferlərindən narazı olduğu bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



