Ronaldo səsvermədən imtina edib

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo FİFA-nın ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsvermədə iştirakdan imtina edib.

Komanda.az xəbər verir ki, müvafiq məlumat federasiyanın saytında yer alıb.

Ronaldo sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli idi. Lakin onun əvəzinə bunu Pepe edib.

“Portu”nun futbolçusu birinci yeri Bernardo Silvaya, ikinci yeri Erlinq Halanda, üçüncü yeri Viktor Osimhenə verib.

Maraqlıdır ki, o, sonda qalib gələn oyunçunu – Argentina millisinin və ABŞ təmsilçisi “İnter Mayami”nin hücumçusu Lionel Messini seçməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button