Benzema Ronaldo olmadan daha yaxşı oynayır? – açıqlama

“Real”ın hücumçusu Kərim Benzema Kriştiano Ronaldonun klubdan ayrılmasından sonra oyununun necə dəyişdiyini açıqlayıb.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, fransalı futbolçu, Ronaldonun ona çox kömək olduğunu deyib:

“Ronaldo fərqli üsluba sahib idi, mən ona daha çox ötürmə edirdim. Kriştiano mənə meydanda və meydandan kənarda çox kömək olurdu. Amma o vaxt bilirdim ki, daha çox şey edə bilərəm. Ronaldo “Real”dan ayrılanda oyunumu və iddialarımı dəyişdim. Hazırda vəziyyətim yaxşıdır”.

Benzema ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 46 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib. 34 yaşlı fransalının klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin