
Ronaldo ilə “Əl-Şabab”ın məşqçiləri arasında gərginlik
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında keçirilən oyundan sonra rəqib komandanın nümayəndələri ilə insident yaşayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Əl-Şabab”la matçdan sonra (4:2) meydanı tərk edərkən rəqib komandanın məşqçilər heyətindən iki nəfərlə mübahisəyə girib.
Tərəflər arasında yaranan gərginlik qarşılıqlı iradlar formasında davam etsə də, vəziyyət dərhal baş hakim və oyunun digər iştirakçılarının müdaxiləsi ilə sakitləşdirilib və insident böyüməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



